...Qriffith Universitetinin tədqiqatçıları tərəfindən aparılan bir araşdırma, fiziki fəaliyyət səviyyəsinin artırılmasının gözlənilən ömrü əhəmiyyətli dərəcədə artıra biləcəyini müəyyən ediblər.
Əgər 40 yaşdan yuxarı hər kəs əhalinin 25 faizi qədər aktiv olsaydı, 11 il daha çox yaşaya bilərdi.
SİA-nın məlumatına görə, tədqiqatBritish Journal of Sports Medicine jurnalında dərc olunub.Əhalinin ən az aktiv rübündə olan 40 yaşdan yuxarı insanlar, gəzdikləri hər saat üçün ömrünü altı saat artıra bilərlər. Üstəlik, əhalinin ən aktiv 25 faizinin ölüm riski ən az aktiv olanlarla müqayisədə 73 faiz azdır. Ümumilikdə, maksimum hərəkətlilik səviyyəsinə çatdıqda gözlənilən ömür uzunluğu təxminən 11 il arta bilər.
Tədqiqata rəhbərlik edən professor Lennart Vierman, “...bu, əldə edilə bilən bir məqsəddir, əhalinin dörddə biri artıq bunu edir”-dyə bildirib.
Fiziki fəaliyyət siqareti tərgitməklə müqayisə edilə bilən təsir göstərə bilər, çünki aşağı hərəkətlilik onun nəticələrində eyni dərəcədə zərərli ola bilər. Və hər çəkilən siqaret ömrünüzü 11 dəqiqə qısaldır. Daha çox hərəkətlilik ürək xəstəliyi, insult, xərçəng və digər xroniki xəstəliklər riskini də azaldır.
...Sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdırmaq üçün gündə təxminən üç saatlıq gəzinti əlavə etməlisiniz. Ancaq fiziki fəaliyyətdə kiçik bir artım belə həyat keyfiyyətini və uzunluğunu əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.
Kəşf sağlamlığın və uzunömürlülüyün qorunması üçün fiziki fəaliyyətin vacibliyini xatırladır.
Nazlı Almuradova