AZ

Putin düyməni basdı- Rusiya Kiyevi nüvə gücünə bərabər raketlə vuracaq...

Image

Rusiya prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Astanada keçirilən Sammitində verdiyi açıqlamalarla diqqət çəkib. 

Putin ABŞ-ın Ukraynaya raket buraxmasına icazə verən Qərb ölkələrinə açıq meydan oxuyan açıqlamalar verib. O, deyib ki, Ukraynaya son raket hücumları Amerikanın ATACMS raketlərinin Rusiya ərazisinə davam edən hücumlarına cavab olaraq həyata keçirilib.  Putin Baş Qərargah və Müdafiə Nazirliyinin Ukrayna ərazisində “Oreşnik”lə vurulacaq hədəfləri müəyyənləşdirdiyini deyib və bildirib ki, Kiyevdəki “qərar qəbuletmə mərkəzləri” də vurula bilər.

Rusiya lideri bildirib ki, Rusiya raketləri Avropa istehsalı olan bütün raketləri əhəmiyyətli dərəcədə üstələyir: “Storm Shadow” raketi, Fransız SCALP və Alman “Taurus” raketinin döyüş başlığının çəkisi 450-480 kiloqram, məsafəsi isə 500-650 kilometr arasında dəyişir. “Taurus”un məsafəsi isə 650 kilometrə çatır. Bu sistemlərin Rusiyadakı ekvivalenti Kh-101 havadan buraxılan raketdir. Güc baxımından müqayisə edilə bilən döyüş başlığına malikdir, lakin məsafədə Avropa istehsalı olan raketlərin hər birini əhəmiyyətli dərəcədə üstələyir. Yeni Amerika raketləri PrSM və JASSM öz xüsusiyyətlərinə görə rus raketlərindən daha zəifdir. Müvafiq raket sistemləri və avadanlıqlarının istehsalına gəlincə, Rusiyada bu, bütün NATO ölkələrinin ümumi istehsalından 10 dəfə çoxdur. 'Gələn il bu istehsal 25-30 faiz artırılacaq… 

“Kalibr” qanadlı raketini, xüsusiyyətlərinə görə dünyada bənzəri olmayan “Kinjal” raketini, arsenalımızdakı “Zirkon” hipersəsli raket sistemlərini heç kim unutmamalıdır. Onların istehsalı artır".

Putin yaxın gələcəkdə Rusiyada yeni raket sistemlərinin ortaya çıxa biləcəyini də deyib.

Rusiyanın ilk dəfə istifadə etdiyi qeyri-nüvə hipersəs avadanlığı ilə təchiz edilmiş “Oreşnik” ballistik raketinə də toxunan Putin, raketin gücünü dünyaya sübut etmək üçün təkcə nüvə üstünlüyünə malik olmadığını, eyni zamanda, nüvə hücumuna bərabər hücumlar həyata keçirə biləcəyini deyib.

Putin “Oreşnik” raketi ilə bombardmanın nüvə hücumuna bərabər olacağını, lakin ətraf mühitə zərər verməyəcəyini vurğulayıb: "Əgər belə bir bombardmanda bir neçə - iki, üç və ya dörd belə sistemdən istifadə etsəniz, bombardmanın gücü baxımından bu, nüvə hücumu ilə müqayisə oluna bilər. Ancaq bu, nüvə hücumu olmayacaq. Çünki, birincisi, yüksək dəqiqliyə malikdir, ikincisi, nüvə başlığı ilə təchiz olunmayıb və ətraf mühitə heç bir ziyan vurmur, lakin güc baxımından nüvə silahı ilə müqayisə oluna bilər".

Oreşnikin vurduğu hədəfə dəyən ziyandan danışan Putin zərərin çox ciddi olduğunu deyib. Ortada hər şey külə dönür. Yerin 3-4 qat, hətta daha dərində olan obyektlər belə təsirlənir. 

Rusiya lideri “Oreşnik”in təsirindən danışarkən meteoritlərdən də misal çəkib: “Oreşnik”in təsirini göllər yaradan meteoritin düşməsi ilə müqayisə etmək olar. Tarix boyu hansı meteoritlərin hara düşdüyünü və onların nəticələrinin nə olduğunu bilirik. Bəzən bunlar göllərin əmələ gəlməsi üçün kifayət edir".

Yeni silahdan istifadə edərkən hay-küyün gərəksiz olduğunu və eyni şeyin “Oreşnik” raket sistemi üçün də keçərli olduğunu deyən Putin, sınaqları keçirib nəticələrini görənə qədər “Oreşnik”i ictimaiyyətdən gizli saxladıqlarını bildirib.

Rusiyanın kifayət qədər silaha sahib olduğunu deyən Putin, “Oreşnik”in ortaya çıxması ilə Rusiyanın hərbi mövqeyinin gücləndiyini gördüklərini ifadə edib.

TAHİR





Seçilən
30
baki-xeber.com

1Mənbələr