AZ

Altmış üç ölkənin hüquq-mühafizə orqanları birgə 225 ton kokain ələ keçirib

Kolumbiyanın hüquq-mühafizə orqanlarının əməkdaşları 62 ölkədən olan həmkarları ilə birlikdə 225 ton kokaini ələ keçirərək dünya rekorduna imza atıb.

"Report" "Euronews"a istinadən xəbər verir ki, narkotik alverçilərinə qarşı reydlər altı həftəlik "Orion" əməliyyatı çərçivəsində keçirilib.

Məlumata görə, 400 nəfər həbs edilib.

Əməliyyat çərçivəsində kolumbiyalılar və onların tərəfdaşları Avstraliyaya kokain daşıyan 6 gəmini saxlayıblar.

“Orion” əməliyyatçıları kokaindən əlavə, daşıyıcılardan min ton marixuana və silah götürüblər.

"Bu, ölkə tarixində bəlkə də ən böyük tranzit kokain müsadirəsidir", - Kolumbiya Prezidenti Qustavo Petro sosial media hesabında yazıb.

Hesablamalara görə, narkotik qaçaqmalçıları azı 8,4 milyard dollar itiriblər.

BMT-nin hesablamalarına əsasən, hər il dünyada 2 700 ton kokain istehsal olunur.

Seçilən
18
4
musavat.com

5Mənbələr