Çad Fransa ilə müdafiə müqaviləsini ləğv etdiyini açıqlayıb.
APA xəbər verir ki, bu barədə "Frans-Presse" (AFP) Çadın Xarici İşlər Nazirliyinin rəhbərinin bəyanatına istinadən məlumat yayıb.
"Çad Respublikası Hökuməti Fransa Respublikası ilə müdafiə sahəsində əməkdaşlıq sazişini ləğv etmək qərarı barədə ictimaiyyəti məlumatlandırır", - deyə Xarici İşlər, Beynəlxalq Əməkdaşlıq, Afrika İnteqrasiyası və Xaricdəki Çadlılar üzrə Dövlət Naziri Abderamane Koulamalla açıqlayıb.
Qərarın səbəbi ilə bağlı heç bir açıqlama verilmir.