AZ

Polislər etirazçıları Rustaveli prospektindən çlxarıblar

Gürcüstan Daxili İşlər Nazirliyinin xüsusi təyinatlıları Tbilisinin mərkəzindəki Rustaveli prospektindən etirazçıları sıxışdırıblar...

Gürcüstan Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı bölmələri etirazçıları Tbilisinin mərkəzindəki Rustaveli prospektindən qovub, saxlanılanlar var.

Poliqon xəbər verir ki, bu barədə TASS Agentliyinin hadisə yerində olan müxbirinin məlumatında bildirlir. Məlumatda qeyd olunur ki, gecə polis nümayişçilərə qarşı su şırnaqları və gözyaşardıcı qazdan istifadə edərək, onları Tbilisinin mərkəzondəm sıxışdırb çıxarıb. Polisin yaydığı məlumatda bildirilir ki, etirazçılar “mitinq və nümayişlər haqqında” qanundan kənara çıxıblar.

Qeyd edilir ki, parlament binası qarşısında baş verən dava nəticəsində azı üç polis əməkdaşı və Gürcüstanın “TV Pirveli” telekanalının operatoru yaralanıb.

Xatırladaq ki, dünən, noyabrın 28-də Gürcüstanın baş naziri İrakli Koxabidze Gürcüstanın 2028-ci ilə qədər Aİ-yə daxil olmaq üzrə danışıqların dayandırıldığını elan edib. Bu müddət ərzində Gürcüstan Assosiasiyanın hər hansı büdcə qrantlarından tamamilə imtina edir.

Gürcüstan prezidenti Salome Zurabişvili isə deyib ki, hakim “Gürcü Arzusu” partiyasının danışıqları dayandırmaq qərarı bir neçə ay əvvəl başlayan konstitusiya çevrilişinin yekun nöqtəsi olub. Ötən gecə Zurabaşvili də etirazçılara qatılıb.

Poliqon.info

Seçilən
12
poliqon.info

1Mənbələr