Seneqal prezidenti Bassirou Diomai Fey bildirib ki, Fransa hərbi bazalarının ölkəsinin ərazisində olması milli maraqlara cavab vermir və Afrika dövlətinin suverenliyi ilə bir araya sığmır...
Poliqon xəbər verir ki, Bassirou Diomai Fey bunu France Press Agentliyinə müsahibəsində bildirib.
Seneqal prezidenti həmçinin əlavə edib ki, hıərbi obyektlərin mümkün bağlanması “parçalanma aktı” olmayacaq və bildirib ki, 1944-cü ildə müstəmləkə qoşunları tərəfindən yerli əsgərlərin qətliamına görə Fransa prezidenti Emmanuel Makrondan Seneqüal xalqından üzr istəməlidir.
“Seneqal müstəqil, suveren ölkədir və suverenlik xarici hərbi bazaların mövcudluğuna imkan vermir”, deyə Fey AFP-yə müsahibəsində bildirib
Bu baxımdan Qərbi Afrika dövlətinin prezidenti ölkə ilə Çin, ABŞ, Türkiyə və Səudiyyə Ərəbistanı kimi dövlətlər arasında konstruktiv münasibətlərin mövcudluğuna diqqət çəkib.
“Onların heç birinin Seneqalda hərbi bazaları yoxdur”, deyə Bassirou Diomai Fey vurğulayıb.
Dövlət başçısı istisna etməyib ki, gələcəkdə ölkə Seneqal əsgərlərinin 80 il əvvəl törətdiyi qırğına görə Fransadan rəsmi üzr istəməsini tələb edəcək.
“Bu gün, 28 noyabrda mən, cənab Makrondan bunun qətliam olduğunu etiraf edən məktub aldım. Məktub çox aydın idi və Çox aydın, heç bir qeyri-müəyyən ifadələr yoxdu”, deyə Fey qeyd edib.
Xatırladaq ki, 1944-cü ilin sonunda alman əsirliyindən azad edilmiş təxminən 1,5 min seneqallı əsgər Dakarın ətraflarında yerləşdirilib. Onlar əmək haqqı və döyüş müavinətləri tələb etdikdə müstəmləkə qoşunları onlara atəş açıb. Paris daha sonra ən azı 35 nəfərin öldüyünü etiraf edib. Bununla belə, bir sıra tarixçilər daha, bir neçə yüzə qədər qurban olduğunu bildirirlər.
Poliqon.info