AZ

Bakıdan Makrona göndəriləsi “hədiyyə” – FOTO

Ermənistanın regionda yeni təxribata hazırlaşdığı haqda xəbərlər yayılıb. İddia edilir ki, rəsmi İrəvan Fransanın təhriki ilə lokal toqquşmaya səbəb ola bilər. Fransa son vaxtlar Qərbi Azərbaycandan qovulmuş soydaşlarımızın öz yurdlarına qayıtması məsələsini təhrif edərək bunun guya “ərazi iddiası” olduğunu sübut etməyə çalışır. Rəsmi Paris Azərbaycana qarşı müxtəlif platformalarda belə təxribatlara əl atır.

Beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli deyib ki, Fransanın regionla bağlı pozuculuq fəaliyyəti düşünüldüyündən də ciddi məsələdir:

“Paris Bakının Qərbi Azərbaycana qayıdış konsepsiyasına qarşı məqsədyönlü addımlar atır. Xatırlayırsınızsa, bir qədər əvvəl Fransanın Ermənistandakı səfiri Qərbi Azərbaycanla bağlı təxribat məzmunlu paylaşım etmişdi. O, Ermənistan ərazisində Qərbi Azərbaycan anlayışının olmadığını göstərməyə çalışmışdı. Hesab edirəm, tarixi xəritələr bir daha Fransaya, şəxsən Makrona sübut kimi göstərilməlidir. Xüsusilə Paris sülh konfransında bu ərazilərin kimə məxsus olduğu təsdiqlənən xəritələr…

Fransa Azərbaycana qarşı açdığı cəbhəyə müəyyən məqamlarda İranı da cəlb etməyə çalışır. Lakin bütün bunlar rəsmi Bakının iradəsinə təsir edə bilməz”.

(1919-cu ildə Paris Sülh Konfransında qəbul edilən Azərbaycan xəritəsi)

Turan Rzayev

Mənbə: globalinfo.az

Seçilən
66
1
globalinfo.az

2Mənbələr