AZ

Cəbrayıl sakini: "Çatan kimi torpağımı bağrıma basacağam"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Cəbrayıl şəhərində anadan olmuşam, orada yaşamışam, ömrümün çoxu - uşaqlığım, cavanlığım orada keçib. 30 illik həsrətdən sonra yenidən qayıdıram. Söz vermişəm, çatan kimi torpağımı bağrıma basacağam. Cəbrayılıma qurban olum. O qədər sevinirəm ki, heç danışa da bilmirəm".
Oxu.Az xəbər verir ki, bu sözləri bu gün Cəbrayıl şəhərinə köçən keçmiş məcburi köçkün Yusif Kərimov deyib.
O, bu günü onlara nəsib edən vətən övladlarına minnətdarlığını bildirib, şəhidlərə rəhmət, qazilərə cansağlığı arzulayıb.
Qeyd edək ki, bu gün Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb. Bu mərhələdə ümumilikdə 40 ailə - 200 nəfər dogma yurduna köçürülüb.
Məhərrəm Əliyev
Seçilən
32
4
oxu.az

10Mənbələr