AZ

Milli Məclisin qəbul edəcəyi yeni təhsil qanunu kimlərə sərf edəcək?

Ölkəmizdə onlayn təhsil sistemi ilə bağlı müzakirələr zaman-zaman gündəmə gətirilir. Ötən gün parlamentin plenar iclasında millət vəkili Fazil Mustafa da bu mövzuya toxunub. O söyləyib ki, bəzi insanlar xaricdə onlayn dərslərə qoşulur, yaxşı olardı ki, onların vergi yükü azaldılsın: "Bununla distant təhsilin genişlənməsinə şərait yarada bilərik".Bəs ölkəmizdə distant təhsil sistemi özünü nə qədər doğrulda bilər?TehsilForumu.Az Redaktor.az-a istinadən bildirir ki, mövzu ilə əlaqədar təhsil eksperti Məzahir Məmmədli  açıqlama verib. O bildirib ki, xüsusilə pandemiya dövründə Azərbaycan müəllimi, məktəblisi, tələbəsi onlayn sistemdə tədrisi bacardılarsa, deməli, bu, bizim üçün yad deyil:"Həmişə cəmiyyətdə belə fikir səslənirdi ki, bizi inkişaf etmiş cəmiyyətlərlə müqayisə etməyin, hələ buna hazır deyilik. Amma təcrübə göstərdi ki, Azərbaycanda da ekstremal bir vəziyyətdə dərhal buna uyğunlaşmaq və keyfiyyətli səviyyədə tədrislə məşğul olmaq mümkün olub. Bu kifayət edir ki, millət vəkilinin səsləndirdiyi fikirlə razılaşaq. Hesab edirəm ki, bu, Azərbaycanda xaricdə onlayn təhsil alan bu gün məhkəmə çəkişməsində olanlar üçün də yaxşı nəticə ola bilər". Orta məktəbdə telefonamaniyanın kökünü necə kəsmək olar? - “Dərslik yoxdursa, şagird nə etsin?!” Yeni SabahEkspertin sözlərinə görə, Milli Məclisin elm və təhsil komitəsinin sədri Anar İsgəndərov da bu məsələnin vacibliyini və yaxın vaxtlarda bununla bağlı parlamentdəki müzakirələrin yekunlaşıb hamının gözlədiyi onlayn təhsil qanununu qəbul edəcəyini qeyd edib: "Bu, bizim gözlənti içində olan insanlarımızı sevindirə bilər".

Seçilən
0
3
tehsilforumu.az

5Mənbələr