AZ

Amerikalılar Şükran Gününü qeyd etdilər - FOTOLAR

Ötən gün Nyu-Yorkda 98-ci Şükran Günü Paradı keçirilib.

"Unikal" Amerika KİV-lərinə istinadən xəbər verir ki, bu ilki paradda 17 xarakterli şar 11 marş orkestrası nümayiş etdirilib. Bayram yürüşünü Kayli Minouq, Cennifer Hudson, Billi Porter də daxil olmaqla ifaçıların çıxışları tamamlayıb. 

Nyu-York küçələrində Kung Fu Panda, SpongeBob, Minion Stewart, Ronald McDonald, Dora the Explorer və digər cizgi filmi və komiks personajlarının olduğu nəhəng şarlar peyda olub.

Parad yağışa baxmayaraq baş tutub. Korteji izləmək üçün ölkənin müxtəlif yerlərindən insanlar gəlib. Amerikalı jurnalistlərin məlumatına görə, canlı şouya 3 milyondan çox insan baxıb. 

Seçilən
12
unikal.az

1Mənbələr