Ukraynanın cəbhənin müəyyən hissələrini saxlamaq üçün kifayət qədər şəxsi heyəti, silah və texnikası yoxdur.
Axar.az xəbər verir ki, bu barədə ukraynalı polkovnik, hərbi ekspert Sergey Qrabski bildirib.
"Cəbhənin müəyyən sektorlarında düşmən qoşunlarının say baxımından üstünlüyü onlara irəliləməyə imkan verir. Cəbhənin belə geniş sahələrini saxlamaq üçün bölmələrimiz şəxsi heyət, silah və hərbi texnika ilə kifayət qədər təmin olunmur", - ekspert deyib.