Hökumət qüvvələrinə və diktator Bəşər Əsəd rejiminə qarşı çıxan Suriya silahlı qrupları Hələb vilayətinə genişmiqyaslı hücuma keçib. Üsyançılar ölkənin şimal-qərbində bir sıra yaşayış məntəqələrini nəzarətə götürüblər.
Hücum zamanı hökumət qüvvələri və Əsədin müttəfiqləri üsyançıların irəliləyişini dayandırmaq üçün havadan zərbələr endirib və üsyançıları atəşə tutublar. Qeyd olunur ki, xüsusilə üsyançı qrupların hücumları bir sıra kəndlərə və hərbi bazalara yönəlib.
Qeyd olunur ki, hərbi əməliyyatların başlanması artıq minlərlə insanın didərgin düşməsinə səbəb olub və bir sıra könüllü qruplar humanitar xidmətlərinin bir hissəsini dayandırmaq məcburiyyətində qalıb.
Suriya Mülki Müdafiə könüllülərinin (Ağ Dəbilqəlilər) məlumatına görə, Hələbin qərbində iki müxtəlif kəndə endirilən hava zərbələri nəticəsində azı 18 nəfər (o cümlədən uşaqlar və qadınlar) həlak olub.
Suriya İnsan Haqları Müşahidə Qrupu hava hücumlarının Rusiya döyüş təyyarələri tərəfindən həyata keçirildiyini bildirib.
Oxuməni.az