AZ

Azərbaycan Mərakeşdə beynəlxalq film festivalında

Dekabrın 9-dan 13-dək Mərakeşin Zakura şəhərində 18-ci Beynəlxalq Transsəhra Kinofestivalı keçiriləcək.

Kulis.az xəbər verir ki, festival çərçivəsində keçiriləcək 3 müsabiqəyə Afrika, Avropa, Asiya qitələrindən, eləcə də Kanadadan tammetrajlı və qısametrajlı filmlər təqdim edilib. Həmçinin, festival çərçivəsində qısametrajlı bədii film ssenarisi müsabiqəsi təşkil ediləcək.

Azərbaycan festivalda rejissor Asif Rüstəmovun “Mərmər soyuğu” filmi ilə təmsil olunacaq. Ekran əsəri uğursuz rəssam və sevgilisinin qarışıq münasibətlərindən bəhs edir. Uzunmüddətli həbs həyatından sonra evə qayıdan ata ən radikal yollarla oğlunun həyatına müdaxilə etməyə çalışır.

Film, Tallin “Black Nights” Film Festivalı daxil olmaqla, bir sıra festivallarda iştirak edib və bir neçə mükafata layiq görülüb.

Filmdə rolları aktyorlar Qurban İsmayılov, Elşən Əsgərov, Natəvan Abbaslı ifa edirlər.

Festivalda mərakeşli rejissorlardan Fauzi Bensaidinin “Boş üçdəbir” tammetrajlı bədii filmi, Həsən Bencəlunun “Məlahda sonuncu Cok” sənədli filmi, Rəşidə əl-Cəraninin “Rəşid” və Əymən Həmmunun “Qoyun, keçi və qarğa” qısametrajlı filmi də nümayiş olunacaq.

Festivalın fəxri qonağı Rusiyadır.

Seçilən
9
2
kulis.az

3Mənbələr