"Bu gün çox ağır məğlubiyyət oldu".
Mia.az Türkiyə mətbuatəna istinadla xəbər verir ki, bu sözləri UEFA Avropa Liqasında evində "Fənərbağça"ya 2:1 hesabı ilə məğlub olan səfərdə "Slaviya Praqa"nın baş məşqçisi Jindriç Trpisovski mətbuat konfransında deyib.
O bildirib ki, komandası yaxşı oynayıb, lakin şanslardan istifadə edə bilməyiblər: "Matçın sonunda bir xal ala bilmədik. Səmərəlilik baxımından uğurlu olmadıq. Son zərbələrdə dəqiq olmadıq, halbuki çox imkanlarımız oldu. Rəqib komandadan Edin Dzekonun yalız bir şansı oldu, o da qolu atdı. Təəssüf ki, səhvlərimiz nəticəsində qol buraxdıq, müdafiədə belə ciddi səhvə yol verdiyimizi xatırlamıram. Biz xalsız ayrıldıq. Uduzmaq acıverici oldu...".
Trpisovski "Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo haqqında da danışıb: "Həyatımız boyu izlədiyimiz bir məşqçiyə qarşı oynadıq. O, getdiyi hər komandada öz üslubunu dərhal göstərir. Biz "Roma"da olanda, onun nələr etdiyini daha yaxından gördük. Mourinyo gedəndən sonra "Roma"nın harada olduğunu, nə gündə olduğunu da görürük. Bu gün çox güclü bir məşqçiyə və onun böyük komandasına uduzduq".
Fərid Aslan
MİA.AZ