Rusiya prezidenti Vladimir Putin bəzi Qərb siyasətçilərinin onunla ünsiyyəti bərpa etmək istəyindən xəbərdar olduğunu bildirib.
Publika.az xəbər verir ki, bu barədə Vladimir Putin KTMT sammitindən sonra jurnalistlərə açıqlamasında deyib.
“Bəli, bu ölkələrin liderləri ilə birbaşa əlaqəm olmayıb, amma bilirəm ki, onlar bu əlaqələri bərpa etmək və cari problemləri, o cümlədən Ukraynadakı hadisələri müzakirə etmək istəklərini nümayiş etdirirlər”, - Putin bildirib.
O, Rusiyanın danışıqlar aparmaq istəyindən çoxdan xəbərdar olmasına baxmayaraq, sükutu pozan və ona zəng edən ilk Qərb lideri olan Almaniya kansleri Olaf Şoltsu da xatırladıb.