Andrey Belousov hərbi-siyasi rəhbərliklə görüşmək üçün KXDR-ə səfər edib...
Rusiyanın müdafiə naziri Andrey Belousov KXDR-ə rəsmi səfərə gəlib.
Poliqon xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Səfər çərçivəsində Şimali Koreyanın hərbi və hərbi-siyasi rəhbərliyinin nümayəndələri ilə bir sıra ikitərəfli görüşlər nəzərdə tutulub.
Qeyd edilir ki, Pxenyan şəhərinin ətrafında yerləşən Sunan Beynəlxalq Hava Limanında Koreya Xalq Ordusunun fəxri qarovul dəstəsinin iştirakı ilə Rusiya nümayəndə heyətinin qarşılanma mərasimi keçirilib. KXDR Müdafiə Nazirliyinin rəhbəri, ordu generalı No Qvan Çol Rusiya müdafiə nazirini təyyarənin çıxışında qarşılayıb.
Xatırladaq ki, Andrey Belousov Rusiya nümayəndə heyəti ilə birlikdə sonuncu dəfə iyunun ortalarında KXDR-ə səfər edib. Daha sonra Rusiya prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen In iki ölkə arasında strateji tərəfdaşlıq haqqında saziş imzalayıblar. Noyabrın 9-da Vladimir Putin müqavilənin ratifikasiyası haqqında qanunu imzalayıb. Sənəd ratifikasiya sənədlərinin mübadiləsi tarixindən qüvvəyə minəcək və qeyri-məhdud müddətə malik olacaq. Noyabrın 12-də KXDR müqaviləni ratifikasiya edib.
Poliqon.info