İrlandiyada növbədənkənar ümumi seçkilərdən sonra Nümayəndələr Palatasının (parlamentin aşağı palatası) yeni tərkibi seçiləcək.
Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, səslərin yarıdan çoxunu toplayan siyasi partiya hökumət qurmaq hüququ qazanacaq.
Rəy sorğuları açıq şəkildə göstərir ki, əsas partiyalar - mərkəzçi "Fianna Foil" (FF) və "Fine Gael" (FG) yenidən koalisiya razılaşması əldə etməli olacaqlar. Hətta birlikdə tələb olunan 88 mandatı da ala bilməyəcəklər, hökumət qurmaq üçün başqa siyasi qüvvə ilə razılığa gəlməli olacaqlar.
Parlamentin aşağı palatasında yerlər uğrunda isə ümumilikdə 685 namizəd mübarizə aparır.
Gülşən Şərif