Azərbaycanda yanvar-oktyabr ayları üzrə könüllü tibbi sığorta üzrə yığımlar və ödənişlərin həcmi açıqlanıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar-oktyabr aylarında bu növ sığorta üzrə yığımlar 100 milyon 958 min manat təşkil edib.
Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2 milyon 318 min manat və ya 2% azdır.
Ötən ilin yanvar-oktyabr aylarında bu göstərici 103 milyon 276 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 79 milyon 861 min manat təşkil edib ki, bu da illik müqayisədə 16 milyon 198 min manat və ya 25% çoxdur.
Ötən ilin eyni dövründə 63 milyon 662 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 79% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 17% artıb. 2023-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 62% təşkil edib.