AZ

Yassin Benzianın qolu Ferens Puşkaş mükafatına namizəd olub

FİFA 2024-cü ilin ən gözəl qoluna veriləcək Ferens Puşkaş mükafatı üçün namizədlərin siyahısını açıqlayıb.

İdman.biz xəbər verir ki, siyahıda “Qarabağ”ın futbolçusu Yassin Benzianın da adı var.

Onun Əlcəzair millisinin heyətində Cənubi Afrika Respublikasına vurduğu baxımlı qol ilin ən yaxşısı seçilməyə namizəddir.

Siyahıda ümumilikdə 11 futbolçu yer alır. 2023-cü ilin avqustun 21-dən 2024-cü ilin avqustun 10-dək vurulan 11 qoldan ən yaxşısı səsvermə əsasında müəyyənləşəcək.

Namizədlərin siyahısı
Həsən əl-Xaidos (Qətər - Çin);
Terri Antonis (“Melburn Siti” - “Vester Siti Vonderers”);
Yassin Benzia (Əlcəzair - Cənubi Afrika Respublikası);
Valter Bou (“Lanus” - “Tiqre”);
Maiko Çirinos (Kosta-Rika - Honduras);
Federiko Dimarko (“İnter” - “Frozinone”);
Alehandro Qarnaço (“Everton” - “Mançester Yunayted”);
Məhəmməd Kudus (“Vest Hem” - “Frayburq”);
Denis Omedi (KSK - “Kitara”);
Pol Onuaçu (“Trabzonspor” - “Konyaspor”);
Ceyden Filodjin (“Roterm” - “Hall Siti”);

Qeyd edək ki, səsvermə dekabrın 10-da yekunlaşacaq.

İdman.biz

Məqalədə:
Seçilən
16
1
idman.biz

2Mənbələr