Rusiyanın müdafiə naziri Andrey Belousov KXDR-ə rəsmi səfərə gedib.
Qaziler.az "İzvestiya"ya istinadən bildirir ki, bu barədə noyabrın 29-da Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Rusiya nümayəndə heyətinin rəsmi görüşü Pxenyan hava limanında baş tutub. Koreya Xalq Ordusunun fəxri qarovul dəstəsi orada iştirak edib.
Belousovu təyyarənin çıxışında Şimali Koreyanın müdafiə naziri No Qvanq Çol da qarşılayıb.
Qeyd olunur ki, səfər zamanı rusiyalı nazirin respublikanın hərbi və hərbi-siyasi rəhbərliyi ilə görüşü nəzərdə tutulub.
QAZİLER.AZ