AZ

Əliyar Ağayev Macarıstanda penalti təyin etdi, 3 sarı vərəqə göstərdi

style='margin-bottom:10px;'>

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA  Avropa Liqasının Liqa mərhələsində daha bir oyunu idarə edib.

QOL.az xəbər verir ki, o, 5-ci turda keçirilən “Ferensvaroş” (Macarıstan) – “Malmö” (İsveç) oyununun baş hakimi olub.

Macarıstan klubunun 4:1 hesabı ilə qalib gəldiyi oyunda Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək ediblər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirib.

Əliyar Ağayev bu görüşdə meydan sahiblərindən bir, qonaqlardan isə iki futbolçuya sarı vərəqə göstərib. O, qonaqların qapısına penalti də təyin edib. "Ferentsvaroş" penaltini dəqiq yerinə yetirib.

"Ferentsvaroş" hazırda 9 xalla 11-ci, "Malmö" isə 7 xalla 30-cü pillədə qərarlaşıb.

Seçilən
6
teleqraf.com

1Mənbələr