AZ

Türkiyənin valyuta bazarında 600 milyon dollarlıq saxta əskinas - Valyuta məntəqələri alışı dayandırıb

İddialara görə, Türkiyənin valyuta bazarına qaçaqmalçılq yolu ilə 600 milyon dollarlıq saxta əskinas daxil olub. Məlumata görə, bu saxta pullar xaricdə çap olunub. 

Marja.az xəbər verir ki, Türkiyədə saxta 50 və 100 dollarlıq əskinaslarla bağlı bazar həyəcan vəziyyətindədir.

Qeyd olunub ki, proqram təminatı yenilənməmiş pul hesablayan maşınlar sözügedən saxta pulları aşkar edə bilməyib. 

Bu vəziyyətdən sonra valyutadəyişmə məntəqələri 50 dollarlıq və köhnə çap olan ağ 100 dollarlıq əskinasların alış-satışını müvəqqəti dayandırıb.

Xüsusilə "Kapalıçarşı" satıcılarının pul sayma cihazlarında əlavə proqram yeniləmələri etməyə başladığı bildirilir. Dükan sahiblərinin vitrinlərində saxta əskinasların fotolarını asmaları da diqqət çəkir.

Valyuta əməliyyatlarında böyük axsamalar yaşansa da, ekspertlər vətəndaşları diqqətli olmağa çağırır.

Seçilən
7
marja.az

1Mənbələr