AZ

Londonda terror təşkilatının tərəfdarları ilə polis arasında qarşıdurma baş verib

Bakı. Trend:

Böyük Britaniyada PKK terror təşkilatının tərəfdarları ikincidəfə etiraz aksiyası keçirərək yenidən polislə qarşıdurmayagiriblər.

Trend xariciKİV-ə istinadən xəbər verir ki, etiraz aksiyası PKK terrortəşkilatına qarşı aparılan istintaq çərçivəsində 7 nəfərinsaxlanılmasından sonra baş verib.

Məlumata görə, Böyük Britaniyanın paytaxtı Londonda, “TurnpikeLane” metro stansiyasının çıxışında toplanan PKK tərəfdarları, dahasonra “Haringey” bölgəsində yerləşən və "ictimai mərkəz" adıaltında istifadə olunan dərnək binasına doğru yürüş ediblər.

“Yürüş zamanı Türkiyə və Böyük Britaniya əleyhinə şüarlarsəsləndirən PKK tərəfdarları, dərnək binasının yaxınlığındabarrikada qurmağa çalışan polis qüvvələri ilə toqquşublar”, -məlumatda bildirilir.

Qeyd edilib ki, PKK tərəfdarlarının polis əməkdaşlarına suşüşələri atmaqla hücum etməyə cəhd göstərməsindən sonra qrup iləpolis arasında qarşıdurma yaranıb.

Məqalədə:
Seçilən
8
az.trend.az

1Mənbələr