Prezident Rəcəb Tayyib Ərdoğanın MHP sədri Dövlət Baxçalının çağırışından sonra gündəmə gələn DEM Partiyası-Öcalan görüşünə müsbət yanaşdığı bildirilib.
Turkustan.az xəbər verir ki, keçmiş həll prosesində baş verənlərin təkrarlanmaması üçün Ərdoğanın yeni prosesin 'ehtiyatlı və diqqətli' aparılması ilə bağlı göstərişlər verdiyi öyrənildi.
MHP sədri Dövlət Baxçalının DEM partiyası üzvləri ilə terrorçu lider Abdullah Öcalanın bir an əvvəl üz-üzə görüşməsi ilə bağlı açıqlamalarından sonra prezident Rəcəb Tayyib Ərdoğanın DEM rəhbərlərinin İmralıya səfərinə müsbət yanaşdığı bildirilib. Bildirilib ki, Ərdoğan bu məsələ ilə bağlı ədliyyə naziri Yılmaz Tunçla görüşüb və səfər üçün icazə prosesinin sürətləndirilməsi barədə göstəriş verib.
"DİQQƏTLİ VƏ EHTİYATLI OLUN"
Türkiyə qəzetində yer alan xəbərə görə prezident Rəcəb Tayyib Ərdoğanın keçmiş həll prosesində baş verənlərin təkrarlanmaması üçün yeni prosesin “ehtiyatlı və diqqətli” aparılması ilə bağlı göstəriş verdiyi öyrənilib.
DEM Partiyasının bu məsələ ilə bağlı Ədliyyə Nazirliyinə etdiyi müraciətin qısa zamanda müsbət olacağı dəqiqdir.
Aytən Yaşar/ Turkustan.az