AZ

AYB-nin 25 yaşlı Mingəçevir bölməsi

Azərbaycan Yazıçılar Birliyi Mingəçevir bölməsinin yaranmasının 25 illik yubileyi münasibəti ilə tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq ehtiramlarını bildiriblər. Mingəçevir Dövlət Universitetinin akt zalında keçirilən görüşdə İcra Hakimiyyətinin məsul işçiləri, yazarlar, şəhər ictimaiyyətinin nümayəndələri, universitetin professor-müəllim heyəti, filologiya fakültəsinin tələbələri və mətbuat nümayəndələri iştirak ediblər. Torpaqlarımızın azadlığı, suverenliyimizin bərpa olunması uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Azərbaycan Yazıçılar Birliyi Mingəçevir bölməsinin sədri, şair İsmayil  İmanzadə çıxışında bölmənin yaranma tarixi və ötən 25 ildəki fəaliyyətindən danışıb. Mingəçevir və ətraf rayonlardan olan yazarların iştirakı ilə keçirilən şair və yazıçıların yubileyləri, bir sıra  bayram  tədbirləri və  görüşlərdən söz açıb.

Sonra, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov AYB-nin Mingəçevir bölməsinin yaranma tarixi ilə bağlı xatirələrini bölüşerek, əməkdaşları təbrik edib.

Daha sonra, qeyd olunub ki, bu qurum ötən müddət ərzində mingəçevirli yazarların sevimli yaradıcılıq məkanına çevrilərək ətrafında çoxlu sayda gəncləri birləşdirib. Ulu öndər Heydər Əliyev hər zaman sənətə və sənətkara, ziyalıya böyük qayğı göstərib. Bu gün isə uğurlu siyasəti davam etdirən cənab Prezident İlham Əliyev cəmiyyətin ziyalı təbəqəsi olan yazıçı və şairlərə, yazarlara diqqət və qayğı ilə yanaşır. Ötən illər ərzində də filialın fəaliyyəti daim diqqət mərkəzində olub.
Sonda bölmənin bir qrup yazarlarına Mingəçevir şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanı təqdim olunub.
Tədbirdə təqdim olunan mahnı çələngi, aşıq musiqisi iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.

Fidan SALMANOVA
XQ

Seçilən
4
xalqqazeti.az

1Mənbələr