AZ

Cənubi Koreya qırıcıları Rusiya və Çin hərbi təyyarələrinə qarşı

Rusiya və Çindən olan hərbi təyyarələr Cənubi Koreyanın hava hücumundan müdafiə zonasına əvvəlcədən xəbərdarlıq etmədən daxil olub.

“İki sahil” “Yonhap”a istinadla xəbər verir ki, buna cavab olaraq Cənubi Koreya hərbçiləri döyüş təyyarələrini havaya qaldırıblar.

Hadisə bu gün Şərq dənizinin cənub sahili sularında baş verib. Hava hücumundan müdafiə zonasına 11 təyyarə daxil olub - 6 Rusiya və 5 Çin. Birləşmiş Qərargah Rəisləri (JCS) dəqiqləşdirib ki, Cənubi Koreyanın hava məkanının pozulması qeydə alınmayıb.

Agentlik yazır ki, hava hücumundan müdafiə zonası ərazi baxımından hava məkanı deyil, lakin o, təsadüfi toqquşmaların qarşısını almaq üçün xarici təyyarələrin özünü tanıya bilməsi üçün təyin edilib. JCS əlavə edib ki, təyyarələr hələ tanınma zonasına daxil olmamışdan əvvəl aşkarlanıb.

Seçilən
4
2
ikisahil.az

3Mənbələr