Yazını böyüt
Yazını kiçilt
Dünya ölkələrində hələ də insanların qeyri-qanuni işə cəlbetmə üsulllarından geniş istifadə olunur.
Hafta.az-ın yazdığına görə, İnternational Labour Organization bu müstəvidə araşdırma apararaq qeyri-leqal işlətmənin ən çox yayıldığı ölkələrin siyahısını dərc edib. Həmin siyahıya əsasən bu cür halların ən yayğın olduğu ölkələr birmənalı şəkildə Afrika qitəsində yerləşir.
Dünyada qeydiyyatdan keçməmiş məşğulluq səviyyəsinin ən yüksək olduğu ölkələrin ilk onluğu aşağıdakı kimidir:
Nigerdə 98,5 faiz, Burundidə 98,3 faiz, Çadda 96,9 faiz, Benində 96,3 faiz, Madaqaskarda 96,1 faiz, Mozambikdə 95,7 faiz, Malidə 95,4 faiz, Uqandada 95,2 faiz, Burkina Fasoda 95,2 faiz, Seneqalda 95,2 faiz.