Portuqaliyalı mütəxəssisin məşqçi korpusuna daxil edəcəyi yerli mütəxəssisin adı bəlli deyil...
Görəsən, bu məsələyə AFFA İcraiyyə Komitəsinin iclasında baxılacaqmı? İlin sonunda məsələ həllini tapacaqmı? Bu sualları AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Elnur Məmmədliyə ünvanladıq:
“İcraiyyə Komitəsinin gündəlyi hələ ki məlum deyil. Millimizin məşqçi korpusunda hansısa dəyişiklik olarsa, bu barədə ictimaiyyətə məlumat veriləcək”.
Qeyd edək ki, yığmada yerli mütəxəssislərdən yalnız qapçılarla işləyən Kamran Ağayev qalıb.
ƏSƏD SEYİDOV