İndoneziyada bir fermer pitonun qarnından çıxarılıb...
İndoneziyada 30 yaşlı kişi pitonun hücumuna məruz qalıb və nəticədə ilan öz qurbanını udub.
Poliqon xəbər verir ki, bu barədə “The Daily Mail” nəşri məlumat yayıb.
Hadisə Şimali Luvu bölgəsində baş verib. Yerli fermer qəhvəyi şəkər hazırlamaq üçün şirə yığarkən pitonun hücumuna məruz qalıb və ilan onu udub.
Bu vaxt qohumunun başına nəsə gəldiyini düşünən baldızı axtarışa çıxıb və sonradan qarnı tox olan ilanı tapıb.
“Biz zarafat etdik ki, gecə ilan bizi yeyə bilər”, deyə fermerin baldızı qeyd edib.
Qadın yerli sakinləri köməyə çağırıb, onlar pitonun qarnını yırtaraq qurbanı çıxarıblar, lakin onu xilas edə bilməyiblər.
Qeyd edək ki, İndoneziyada ilanlar tez-tez insanlara hücum edir. Belə ki, ilin əvvəlində 57 yaşlı qadın pitonun onu sıxması nəticəsində xəsarət alıb. Yerli sakinlər həmin qurbanı xilas edə bilməyiblər.
Poliqon.info