Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda bu ilin yanvar-oktyabr aylarında avtomobillərin icbari sığortası üzrə yığımlar 140 mln. 787 min manat olub.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, yığımlar 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 5 milyon 708 min manat və ya 4.2% artıb.
Bu dövrdə avtomobillərin icbari sığortası üzrə ödənişlərin həcmi isə 2023-cü ilin eyni dövrünə nisbətən 28.6% və ya 23 milyon 436 min manat artaraq 105 mln. 348 min manata yüksəlib.
Qeyd edək ki, ötən ilin yanvar-oktyabr aylarında bu növ sığorta üzrə yığımların məbləği 135 mln. 79 min manat, ödənişlərin məbləği isə 81 milyon 912 min manat olub.