Avropa Liqasının Liqa mərhələsinin 5-ci turunda səfərdə "Tottenhem"lə qarşılaşan (2:2) "Roma"nın baş məşqçisi Klaudio Ranyeri geridönüşlə xal qazandıqları oyunu dəyərləndirib.
Fanat.Az xəbər verir ki, "Football Italia" onun sözlərini belə çatdırıb:
"Uşaqlar əla oyun gösərdilər. Açığı, "Napoli"yə uduzduğumuz oyunda da komandamın sərgilədiyi futbol xoşuma gəlmişdi. Çünki mən yalnız müdafiə olunmağı xoşlamıram. Bu dəfə uşaqlara dedim ki, mənə yalnız müdafiə olunmaqla kifayətlənən komanda lazım deyil. Rəqib hücum etməyə cəhd edirsə, biz də eyni cavabı verməliyik".
Xatırladaq ki, "Tottenhem" matçın 20-ci dəqiqəsində 2 top fərqi ilə öndə olsa da, "canavarlar" məğlubiyyətdən xilas ola biliblər. "Roma"nın brabərlik qolunu 90+1-ci dəqiqədə Mats Hummels vurub.
Nihat