Bakı. Trend:
Avstraliyanın Pers şəhərində APRSAF-30 Beynəlxalq Kosmik PosterMüsabiqəsində azərbaycanlı şagirdlər 14 ölkə arasından seçilərəkbirinci yerin qalibi olublar.
Trend Rəqəmsal İnkişaf vəNəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, Müsabiqə nəticələri26-29 noyabrda Avstraliya Kosmik Agentliyi və Yaponiya AerokosmikTədqiqat Agentliyinin birgə təşkilatçılığı ilə keçirilənAsiya-Sakit Okean Regionu Kosmik Agentlikləri Forumunun (APRSAF)30-cu sessiyası daxilində elan olunub.
Beynəlxalq Kosmik Poster Müsabiqəsi hər il Asiya-Sakit okeanregionu ölkələrindən, eləcə də əməkdaş-assosiativ üzv ölkələrdən üçmərhələ üzrə 4000-dən artıq 5-9-cu sinif şagirdlərini bir arayagətirir.
Bu il Azərkosmosun KOSMİK Akademiyasının təşkilatçılığı,Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və AzərbaycanRespublikası Təhsil İnstitutunun dəstəyi ilə APRSAF-30 BeynəlxalqKosmik Poster Müsabiqəsinin milli mərhələsi həyata keçirilib.Müsabiqənin milli mərhələsində ümumtəhsil müəssisələrinin 25məktəblisi “Kosmik səyahət” mövzusuna həsr olunmuş rəsm əsərləriilə iştirak edib. Müsabiqə nəticələrinə müvafiq olaraq 3 məktəblimüsabiqənin milli mərhələsinin qalibi adını qazanaraq Avstraliyayayollanıb.
Müsabiqədə ölkələr üzrə ümumilikdə 1712 məktəbli iştirak edib,1462 rəsm əsəri müsabiqəyə təqdim olunub. Müsabiqənin beynəlxalqmərhələsində ölkəmizi təmsil edən 3 məktəblimiz 33 iştirakçısırasında müsabiqənin ən yüksək dərəcəyə malik 5 mükafatından 3-nəlayiq görülərək təltif olunub. Həmin məktəblilər APRSAF-30Beynəlxalq Kosmik Poster Müsabiqəsinin aşağıdakı mükafatlarınalayiq görülüblər:
1. Kövsər Qurban – İlin ən yaxşı posteri mükafatı
2. Əsma Həsənzadə – Xüsusi poster mükafatı
3. Ayxan Məhərrəmli – Avstraliya Kosmik Agentliyininmükafatı
Bu qalibiyyəti istedadlı azərbaycanlı şagirdlərin aşkaredilməsi, onların potensialının inkişaf etdirilməsi, informasiyatexnologiyaları, rəqəmsal bacarıqlar, eləcə də şagirdlərinbeynəlxalq olimpiadalar və müsabiqələrdə ölkəmizi təmsil etməsiistiqamətində növbəti uğur kimi qiymətləndirmək olar.