Gündüz yuxuları stresli iş qrafiki olan insanlara idrak funksiyasını yaxşılaşdırmağa kömək edə bilər.
E-saglam.az xəbər verir ki, bu barədə endokrinoloq Oksana Zavalnaya danışıb.
Mütəxəssis qeyd edib ki, gündüz yuxusu konsentrasiyanı və reaksiya sürətini artırır, həmçinin yaddaşı yaxşılaşdırır:
"O, həmçinin stress hormonu kortizol səviyyəsini azaltmağa kömək edə bilər, nəticədə ümumi sakitlik hissi yaranır.
Yatmaqdan maksimum fayda əldə etmək üçün 20-30 dəqiqədən çox yatmaq lazımdır. Daha uzun yatmaq gecələr yuxuya getməkdə çətinlik çəkməyə və oyananda halsızlıq hiss etməyə səbəb ola bilər". (publika.az)
E-saglam.az