Ermənistan uzun fasilədən sonra Müstəqil Dövlətlər Birliyi İqtisadi Şurasının iclasına qatılıb.
APA-nın Moskva müxbiri xəbər verir ki, bir müddətdir MDB tədirlərini, xüsusi ilə də MDB-nin İqtisadi Şurasının iclaslarını boykot edən rəsmi İrəvan bu gün keçirilən İqtisadi Şuranın 104-cü iclasında yüksək səviyyədə iştirak qərarı verib.
Belə ki, iclasda Ermənistan Respublikasını baş nazirin müavini Mqer Qriqoriyan təmsil edib.
Xatırladaq ki, bir müddətdir MDB İqtisadi Şurasının iclaslarında Ermənistanı protokola uyğun olaraq baş nazirin müavini deyil, respublikanın Belarusdakı səfiri Razmik Xumaryan təmsil edib.
Qeyd edək ki, MDB İqtisadi Şurasının 104-cü iclası Moskvada keçirilir. Rusiya Baş nazirinin müavini Aleksey Overçukun sədrliyi ilə keçirilən iclasda Azərbaycanı Baş nazirin birinci müavini Yaqub Eyyubov təmsil edir.