AZ

“1250-yə harada ev almaq olar?” - Evləri sökülən vətəndaşlar narazıdır

Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov 49 ünvanıda söküntü işlərinə start verilib.

“Qafqazinfo” xəbər verir ki, ərazinin bir qismi sökülsə də, bəzi sakinlər onlara təklif edilən məbləğlə razılaşmır.

Sakinlər bildirib ki, evlərinin qanunu sənədi var, onlara təklif edilən məbləğlə isə başqa yerdə mənzil sahibi ola bilmirlər.

Onlar iddia edirlər ki, evlərinin yerində yeni binanın inşası nəzərdə tutulsa da, onlara bununla bağlı heç bir təklif edilmir.

Məsələ ilə bağlı Xətai rayon icra hakimiyyətinin şöbə müdiri  Pənah İmanov deyib ki, hazırda Süleyman Vəzirov küçəsi ilə yanaşı, Xəqani Rüstəmov küçəsində də söküntü işləri aparılır. Söküntü dövlət sifarişi ilə "Ağ şəhər" layihəsi çərçivəsində icra olunur. Ərazinin qiymətləndirilməsi qiymətləndirmə komissiyası tərəfindən aparılıb və  hər kvadrat metr üçün vətəndaşlara 1250 manat pul verilir.

Vətəndaşların iddia etdiyi qanunsuz söküntü və ya xəbərdarlıq edilmədən aparılan söküntü işlərinə gəlincə, qurum rəsmisi bildirib ki, bu yalnış məlumatdır. Sökülən evlərə əvvəlcədən xəbərdarlıq edilib, razılıq əldə olunub, komissiya ilə müqavilə imzalanıb. Vəsait vətəndaşın hesabına  köçürüləndən və  ev boşaldılandan sonra söküntü işləri icra olunur.

Daha ətraflı “Xəzər TV”nin hazırladığı süjetdə:

Seçilən
10
10
qafqazinfo.az

10Mənbələr