AZ

ATMU əməkdaşları Qazaxıstanda keçirilən seminarlarda iştirak ediblər - FOTOLAR

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) bir qrup əməkdaşı Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Erasmus+” proqramının “PICASP” layihəsi çərçivəsində Qazaxıstanın Aktau və Almatı şəhərlərində keçirilən seminar və tədbirlərdə iştirak ediblər.

"Unikal" xəbər verir ki, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, Xəzər regionunun inkişafını dəstəkləmək məqsədilə universitet-sənaye əməkdaşlığına yönəlmiş “PICASP” (Pilot courses in Practice Enterprise to implement the University-Enterprise Cooperation for the development of Caspian Area) layihəsi çərçivəsində baş tutan tədbirə ATMU-nu Biznes idarəçiliyi fakültəsinin dekanı Vüqar Nəzərov, Turizm və qonaqpərvərlik fakültəsinin dekan müavini Emin Quliyev, Rektor köməkçisi Samir Məhərrəmov, Beynəlxalq əlaqələr şöbəsinin layihə koordinatoru Aytac Babayeva, Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi İranə Axundova, Sosial menecment fakültəsinin tyutoru Vüqar Nərimanbəyli, Turizm biznesi kafedrasının müəllimi Elnurə Əliyeva və İctimai fənnlər kafedrasının müəllimi Fatimə Süleymanova qatılıblar.

“PICASP”ın tərəfdaşları sayılan Qazaxıstanın Yessenov və Beynəlxalq Biznes Universitetində adıçəkilən  layihənin yekun konfranslarında  Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) nümayəndələri universitet-sənaye əməkdaşlığının inkişafına dair müzakirələrdə xüsusi fəallıq  göstəriblər.

ATMU əməkdaşları səfər çərçivəsində Qazaxıstanın Aktau şəhəridəki Mangistau Dövlət Tarix-Mədəniyyət Qoruğunu, Kızılkup və Bozyjra kimi məşhur turistik məkanları,o cümlədən Almatı şəhərindəki Qazaxıstan Dövlət Muzeyini və Tanbaly Parkını ziyarət ediblər. Şimbulak xizək kompleksinin fəaliyyəti ilə tanışlıqdan məmnun olublar.

Qazaxıstana “Erasmus+”proqramı çərçivəsində səfər ATMU əməkdaşlarının beynəlxalq təcrübə müstəvisində fəaliyyətlərini təkmilləşdirməklə bərabər, Xəzər regionunda akademik əlaqələrin inkişafına və universitetin qlobal tərəfdaşlıq şəbəkəsinin genişləndirilməsinə təkan verəcək.

Seçilən
17
unikal.az

1Mənbələr