AZ

""Time" jurnalının Azərbaycan liderini və xalqını 2024-cü ilin qalibi elan etməsini gözləmirik" - Zahid Oruc

“İlham Əliyevin qələbəsi Ağ Ev, Yelisey və Brüsseldən icazəsiz qazanıldığı üçün qlobal müharibə partiyası, onun mətbuat şəbəkəsi ölkə rəhbərinə qarşı çirkli kampaniya aparır”.

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Zahid Oruc deyib.

 

“1927-ci ildən başlayaraq, nüfuzlu “Time” jurnalı" İlin Adamı"nı elan edir. 100 illik mükafatçılar sırasında Ruzvelt, Stalin, Çan Kayşi və onlarla dövlət rəhbərləri ilə yanaşı, İraqa və Əfqanıstana qoşun yeridən liderlərin də adları var. Qələbəmizi əlimizdən almağa, mümkün olmadıqda onu ləkələməyə çalışanlar qorxurlar ki, İlham Əliyevi ilin adamı elan etsələr, əsarətə və işğala məruz qalan bütün xalqlara lider nümunəsi, millətlərə parlaq simvol verərlər. Buna görə də biz “Time” jurnalının Azərbaycan liderini və xalqını 2024-cü ilin qalibi elan etməsini gözləmirik.  Azərbaycanlılar 1989-cu ildə deyil, məhz indi, çoxəsrlik məğlubiyyət və köçkünlük tarixini yendikdən sonra dünyanın bir nömrəli xalqına çevriliblər. Türk dünyası, müsəlman aləmi, nəhayət, ədalət tərəfdarı olan hər bir insan Qələbəmizi özününkü saya bilər”,-millət vəkili bildirib.

 

Firuzə Əliyeva

Seçilən
4
sfera.az

1Mənbələr