Bakı. Trend:
Öz arzusu ilə işdən çıxan ədliyyə işçisinə birdəfəlik müavinətveriləcək.
Trend-in məlumatına görə, bu barədə məsələ MilliMəclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Ədliyyəorqanlarında qulluq keçmə haqqında" qanuna təklif olunandəyişiklikdə əksini tapıb.
Belə ki, arzusu ilə işdən çıxma barədə yazılı ərizə verdiyinəgörə ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmiş ədliyyəorqanı işçisinə vəzifə maaşının 6 misli məbləğində birdəfəlikmüavinət veriləcək.
Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncüoxunuşda qəbul edilib.