AFFA İntizam Komitəsi isə buna görə Bayıl təmilçisinə 1300 manat cərimə kəsdi. “Football-plus.az” bu məsələ ilə bağlı "Dənizçilər" fanklubunun rəhbəri Atif Rustəmlinin də fikirlərini öyrənib:
“Neftçi” ilə oyunda da cərimə bizə yazıldı. Bu oyunda da "Qarabağ" azarkeşləri hoqqa verdi, cərimələnən tərəf isə biz olduq. Lazer tutan "Qarabağ" azarkeşi idi. 60-cı dəqiqəyə baxsaz, özünüz görəcəksiz ki, qapı arxasından, rəqibin azarkeşlərinə verilən yerdən tutulub işıq. Meydana atılanlar da "Qarabağ" azarkeşləri idi, bizim azarkeşlər belə şeylərə reaksiya vermir. Stadiona kənar əşyalar atılmasın və başqa bu kimi hallar yaşanmasın deyə, mən əvvəlcədən onlara xəbərdarlıq edirəm”.
AYGÜN MİRZA