Türkiyənin müdafiə şirkəti Repkon Pakistanda 155 mm-lik artilleriya mərmisi istehsalı xətti qurmaq üçün Wah Industries Limited (WIL) ilə müqavilə imzalayıb.
Herbiand.az Türkiyənin “Anadolu” agentliyinə istinadən bildirir ki, əməkdaşlığın məqsədi ildə 120 min ədəd məhsul istehsal etməkdir.
Razılaşma noyabrın əvvəlində Pakistanda keçirilən 12-ci Beynəlxalq müdafiə sərgisi və seminarı zamanı yekun olaraq razılaşdırılıb.
WIL Pakistan Silahlı Qüvvələrini dəstəkləmək üçün sistemlərin, sursatların və hərbi texnikanın istehsalına, habelə ixraca cavabdeh olan Pakistan Ordnance Factories təşkilatının himayəsi altında fəaliyyət göstərir.
Repkon şirkəti metal emalı sənayesində innovativ həlləri, müdafiə, aviasiya və kosmik sektorlar üçün məhsulları ilə tanınır.
Bəxtiyar CƏFƏRLİ