AZ

İki qələbə və bir heç-heçə - “Qarabağ” bacaracaqmı?

Avropa Liqasında beş oyundan sonra hesabında cəmi 3 xal olan və 32-ci yerdə qərarlaşan “Qarabağ” pley-offa çıxa biləcəkmi?

İdman.biz xəbər verir ki, liqa mərhələsinin başa çatmasına üç tur qalıb.
Hazırda “Qarabağ”ı növbəti mərhələyə vəsiqə verən ilk 24-lükdən 2 xal ayırır. Amma 5-6 xalı olanlar arasında “Roma” və “Portu” kimi komandalar var ki, bu da rəqabətin çox güclü olmasının sübutudur.

Yarışdan əvvəl “Opta”nın hesablamalarına görə, pley-offa çıxmaq üçün azı 10 xal toplamaq lazımdır və 9 xal belə kifayət etməyə bilər.
Bu da o deməkdir ki, “Qarabağ”ın qarşıdakı üç turda daha yeddi xala, yəni iki qələbə və bir heç-heçəyə ehtiyacı var. Rəqiblər isə səfərdə “Elfsborq” (İsveç) və “Olimpiakos” (Yunanıstan), evdə FCSB (Rumıniya) olacaq.

Azərbaycan çempionunun səfərdə daha uğurlu çıxış etdiyini nəzərə alsaq (son iki mövsümdə 14 oyundan 8-də qələbə!), xüsusilə növbətu turda “Elfsborq”a qalib gəlmək baxımından ümidliyik. Hazırda İsveç klubu təmsilçimizi cəmi bir xal və dörd pillə qabaqlayır və son üç matçında qələbə qazana bilməyib. Öz ölkəsində də çempion “Malmö”dən 20 xal geri qalaraq mövsümü 7-ci yerdə tamamlayıb.

Yeri gəlmişkən, yekunda Avropa Liqasında xalları bərabər olan komandalarda top fərqi əsas götürüləcək ki, hazırda “-9” göstəricisi ilə “Qarabağ” bu baxımdan yalnız “-11” göstəricisinə malik Kiyev “Dinamo”sundan üstündür. Bu vəziyyət də Azərbaycan təmsilçisinin hamıdan çox – 13 top buraxması üzündən yaranıb.

“Qarabağ” və qarşıdakı rəqiblərinin növbəti oyunları
6-cı tur, 12 dekabr
Elfsborq (İsveç) - QARABAĞ
Olimpiakos (Yunanıstan) – Tvente (Niderland)
Hoffenhaym (Almaniya) – FCSB (Rumıniya)

7-ci tur, 23 yanvar
Portu (Portuqaliya) - Olimpiakos (Yunanıstan)
QARABAĞ - FCSB (Rumıniya)

8-ci tur, 30 yanvar
Olimpiakos (Yunanıstan) – QARABAĞ

İdman.biz

Seçilən
11
idman.biz

1Mənbələr