Dekabrın 14-də Moskvada Rusiya azərbaycanlıları ictimai birliklərinin II Forumu keçiriləcək.
“Diaspornews.az” xəbər verir ki, tədbirin ikinci hissəsində “Rusiya Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti” (“AzerRoss”) İctimai Təşkilatının növbədənkənar qurultayı keçiriləcək.
Növbədənkənar qurultayın gündəliyinə “Rusiya Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti” (“AzerRoss”) İctimai Təşkilatının Federal Şurasının yeni tərkibinin seçilməsi və təşkilatın yenilənmiş loqosunun təsdiqi daxildir.
Xatırladaq ki, forumun təşkilatçıları “İnkişaf” Azərbaycanlılarının Regionlararası Alyansı (MAAR) və “Rusiya Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti” (“AzerRoss”) İctimai Təşkilatdır.