AZ

Daxili ünsiyyət üzrə aparıcı mütəxəssis -VAKANSİYA

"Azerconnect" MMC, Korporativ Əlaqələr şöbəsinə Daxili ünsiyyət üzrə aparıcı mütəxəssis vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:

Vəzifə öhdəlikləri:

  • Müxtəlif mövzular üzrə araşdırma aparmaq, yazmaq, redaktə etmək. Daxili nəşrlərin dizaynı, redaktə edilməsi və hazırlanmasına dəstək
  • Daxili Ünsiyyət üzrə illik plan və büdcənin hazırlanması və bu plana uyğun olaraq daxili tədbir və təşəbbüslərin həyata keçirilməsi
  • Tədbirlə bağlı bütün sənədləşmə prosesinin izlənilməsi və büdcə ilə bağlı hesabatın hazırlanması və rəhbərliyə təqdim edilməsi
  • Daxili tədbirlərin effektivliyi ilə bağlı araşdırma aparmaq və hesabat hazırlamaq
  • Əməkdaşlar üçün sorğu həyata keçirilməsini dəstəkləmək (texniki və mövzu ilə bağlı)
  • Bütün daxili məlumatların Daxili Ünsiyyət kanalları üzrə kommunikasiyasını dəstəkləmək
  • Üçüncü tərəflər və əməkdaşlarla iclasların təşkili
  • Daxili ünsiyyət üzrə rəqəmsal platformaların idarə edilməsi, xəbərlərin/məlumatların yerləşdirilməsi
  • Daxili ünsiyyət ehtiyyaclarından irəli gələrək maraqlı üçüncü tərəflərlə əməkdaşlıq əlaqələrinin qurulması
  • Vəzifə öhdəliklərini və rəhbərlik tərəfindən verilən sifahi/ yazılı tapşırıqları icra etmək
  • Həvalə olunan tapşırıqları şirkətdaxili prosedur/siyasət/təlimatlara uyğun həyata keçirmək
  • Şirkətə aid məlumatların məxfiliyini təmin etmək

Tələblər:

  • İctimaiyyətlə əlaqələr, Marketinq üzrə təhsilin olması üstünlükdür
  • İctimaiyyətlə əlaqələr və Korporativ kommunikasiya, Marketinq, Biznesin idarə ediıməsi sahələri üzrə müvafiq sertifikat və ya Diplomların mövcudluğu, müvafiq treninqlərdə iştirak
  • İctimaiyyətlə əlaqələr, Daxili kommunikasiya sahələrində ən azı 3 il iş təcrübəsi
  • Azərbaycan və İngilis dillərini mükəmməl bilmək, Rus dili biliyi üstünlükdür
  • Ofis proqramları ilə iş
  • Güclü yazı qabiliyyəti, mesajları auditoriyanın ehtiyaclarına müvafiq olaraq uyğunlaşdırmaq və sadələşdirmək qabiliyyəti
  • Güclü araşdırma və redaktə etmək bacarığı
  • Yaradıcı, pozitiv və işləri icra etmək üçün yüksək enerji

CV-nizi linkə daxil olaraq göndərə bilərsiniz. 

Zemfira Ms
Fins.az

Seçilən
2
fins.az

1Mənbələr