AZ

Çad Fransa ilə razılaşmanı pozdu

Çad Fransa ilə müdafiə müqaviləsini ləğv etdiyini açıqlayıb.

Bu barədə "Frans-Presse" (AFP) Afrika ölkəsinin Xarici İşlər Nazirliyinin rəhbərinin bəyanatına istinadən məlumat yayıb.

"Çad Respublikası Hökuməti Fransa Respublikası ilə müdafiə sahəsində əməkdaşlıq sazişini ləğv etmək qərarı barədə ictimaiyyəti məlumatlandırır,"- xarici işlər, beynəlxalq əməkdaşlıq, afrika inteqrasiyası və xaricdəki çadlılar üzrə dövlət naziri Abderaman Kulamalla bildirib.

Aprelin 18-də Çad hakimiyyəti ABŞ-a məktub göndərərək hərbi sazişi ləğv etmək niyyətlərini bildirmişdi. Bildirilib ki, bütün Amerika hərbçiləri Njamenadakı hərbi bazanı tərk etməlidirlər. Aprelin 25-də Pentaqon Amerika kontingentinin bir hissəsinin Çad ərazisindən çıxarılmasını elan edərək, tədbiri müvəqqəti addım adlandırıb.

Almaz Həsənli

Seçilən
8
oxumeni.az

1Mənbələr