Bu gün Rusiya təırəfindən müstəqilliyi əlindən alınan Tatarıstanda Bayraq Günüdür.
Hafta.az-ın yazdığına görə, Tatarıstan bayrağı 29 noyabr 1991-ci ildə Müstəqil Tatarıstan Respublikasının Ali Şurası tərəfindən qəbul edilib. Son 33 ildə Rusiyanın tatar kimliyini assimilyasiya və rədd etmə siyasəti ucbatından “Tatarıstan Bayrağı Günü” rəsmi səviyyədə qeyd oluna bilmir.
1991-ci ildə Tatarıstan bayrağı və gerbi üçün müsabiqə keçirildi. 100-dən çox təklif arasından xalq rəssamı Tavil Xəziaxmetovun dizaynlarından biri seçilib və Tatarıstan parlamenti tərəfindən qəbul edilib. Tatarıstan bayrağı 3 rəngdən ibarətdir: yaşıl, ağ və qırmızı. Bayrağın yaşıl rəngi dirçəliş və baharı təmsil edir. Bayraqdakı ağ rəng təmizlik, qırmızı rəng isə həyatın enerjisini və gücünü simvollaşdırır.
1990-cı il avqustun 30-da Tatarıstanın müstəqillik bəyannaməsi qəbul edildikdən sonra həmin gün Müstəqillik Günü kimi qeyd olunmağa başladı. Rusiya o vaxtdan bəri Tatarıstanın müstəqilliyini sarsıtmaq üçün addımlar atır. Rusiya Dövlət Dumasının 2021-ci ilin dekabrında qəbul etdiyi Regional İdarəetmə Qanunu ilə “respublika” statusu ləğv edilib. Tatarıstan bu qərardan sonra federal bölgəyə çevrilib. Bundan əlavə, Tatarıstanda prezident titulu ləğv edilib və digər federal administrasiyalar kimi regional prezident titulu ilə əvəz edilib.
Tatarıstan Dövlət Şurası 2021-ci ilin noyabrında tatar xalqının konstitusion hüququ olan “Prezidentlik” titulunun ləğvi ilə bağlı qərarı rədd etsə də, Putinin dövründə Rusiya bu qərara əhəmiyyət vermədi.
Yerli xalqın dili, mədəniyyəti və konstitusiya hüquqları əlindən alınan Tatarıstanda Kreml tərəfindən ağır assimilyasiya siyasəti həyata keçirilir.