İqlim dəyişikliyi, XXI əsrin ən ciddi qlobal problemlərindən biri kimi həm siyasi, həm də ekoloji müstəvidə geniş müzakirə mövzusu olmuşdur. Son illərdə dünyanın müxtəlif regionlarında baş verən ekstremal hava şəraiti hadisələri, dəniz səviyyəsinin yüksəlməsi və qlobal istiləşmə, hər bir ölkəni bu məsələyə daha çox diqqət yetirməyə çağırır. Bu baxımdan, iqlim dəyişikliyi ilə mübarizə üçün beynəlxalq səviyyədə həyata keçirilən tədbirlərin arasında ən önəmlisi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) hesab edilir.
COP, BMT-nin iqlim dəyişikliklərinə qarşı qlobal mübarizə aparan ölkələr tərəfindən təşkil olunan və hər il keçirilən bir toplantıdır. Bu tədbirdə dünya ölkələri iqlim dəyişikliyinə qarşı mübarizəni gücləndirmək, karbon emissiyalarını azaltmaq və bərpa olunan enerji mənbələrini inkişaf etdirmək üzrə birgə strategiyalar qəbul edirlər. İlk COP toplantısı 1995-ci ildə Berlin şəhərində keçirilmişdir və bu, iqlim siyasəti ilə əlaqəli dünyanın ən vacib hadisələrindən biri olaraq hər il daha böyük əhəmiyyət qazanmışdır.
COP29 2024-cü ilin 11-23 noyabr tarixlərində paytaxt Bakıda uğurla keçirildi. Bu mötəbər tədbir əvvəlki illərdəki məsələlərə, müzakirələrə və razılaşmalara təkmilləşdirilmiş yanaşmalar gətirmək məqsədini daşıyırdı. COP29-un əsas məqsədi, 2030-cu ilə qədər karbon emissiyalarının qlobal səviyyədə 50% azaldılması və 2050-ci ilə qədər sıfır karbon iqtisadiyyatına keçid üçün bir addım atılmasıdır. Həmçinin, konfransda iqlim maliyyəsi məsələsi də geniş müzakirə edilmiş, inkişaf etməkdə olan ölkələr üçün maliyyə dəstəyi və texnoloji transfer məsələləri gündəmə gəlmişdir.
İqlim dəyişikliyinə qarşı tədbirlər, dünya ölkələrinin birgə səyləri ilə mümkün olacaq. Bunun üçün karbon ticarətinin inkişaf etdirilməsi, bərpa olunan enerji mənbələrinə yatırımların artırılması və davamlı kənd təsərrüfatı texnologiyalarının tətbiqi vacibdir. Qlobal istiləşmə, ətraf mühitin çirklənməsi, su və qida təhlükəsizliyi məsələləri COP29-un ən mühüm müzakirə mövzularından idi. Həmçinin, biomüxtəlifliyin qorunması və ekosistemlərin mühafizəsi kimi məsələlər də gündəmdə olan mövzular sırasında idi. İqlim dəyişikliyi ilə mübarizədə ən çətin məsələlərdən biri, sıfır karbon iqtisadiyyatına keçid prosesidir. Bununla yanaşı, yeni texnologiyaların tətbiqi və bu sahədə innovasiyaların inkişafı da vacib addımlardandır. COP29-da bu məsələlərə dair konkret addımlar və strategiyalar hazırlanmışdır.
Paris Sazişi 2015-ci ildə qəbul edildikdən sonra, dünya ölkələri karbon emissiyalarını azaltmaq və qlobal istiləşməni 1.5°C-də saxlamaq məqsədinə yönəlmiş fəaliyyətlərə başlamışdır. Lakin, bu hədəflərə çatmaq üçün daha sürətli və effektiv tədbirlərin alınması tələb olunur. COP29, iqlim dəyişikliyi ilə mübarizədə mühüm bir mərhələdir. Bu konfrans, dünya ölkələri üçün yeni imkanlar yarada bilər, amma bunun üçün güclü siyasi iradə və qlobal əməkdaşlıq tələb olunur. Gələcəkdə, iqlim siyasətinin daha da inkişaf etdirilməsi və tətbiq edilməsi, bütün dünya üçün həyati əhəmiyyət kəsb edir.
COP29, qlobal iqlim dəyişikliyi ilə mübarizədə yeni bir mərhələni işarələyir. Bu tədbir, dünya ölkələrinin birgə səylərini artırmaq, yeni hədəflər təyin etmək və iqlim dəyişikliyinə qarşı daha güclü və effektiv addımlar atmaq üçün mühüm bir platforma olacaqdır. Gələcəkdə, COP29-un uğurlu nəticələri, yalnız iqlim dəyişikliyinin təsirlərini azaltmağa deyil, həm də gələcək nəsillər üçün daha yaşıl, daha davamlı bir planetin təmin edilməsinə xidmət edəcək.
Varis Rüstəmov
YAP Sabirabad rayon təşkilatının sədri