AZ

Gürcüstan səfiri mitinqçilərin tərəfinə keçdi

“Bizə həmişəkindən daha çox Avropa və daha çox NATO lazımdır”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu Gürcüstanın Koreya Respublikasındakı səfiri Taraş Papaskua öz ”Facebook” səhifəsində yazıb. 

Onun sözlərinə görə, Gürcüstanın azad dünya ölkələrinin daha çox həmrəyliyinə və dəstəyinə ehtiyacı var. 

Bizə daha çox Avropa və daha çox NATO lazımdır. Azad dünyanın daha çox həmrəyliyinə və dəstəyinə ehtiyacımız var! GürcüstanAvropadır”, - gürcü diplomat yazıb. 

Qeyd edək ki, bu yaxınlarda Gürcüstan Xarici İşlər Nazirliyinin onlarla əməkdaşı hakimiyyətin Avropaya inteqrasiyasını dayandırmaq qərarına etiraz olaraq birgə bəyanat yayıb. Onlar hesab edirlər ki, hökumətin qərarı Gürcüstan Konstitusiyasına və ölkənin milli maraqlarına ziddir.

Seçilən
8
cebheinfo.az

1Mənbələr