Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş BMT-nin Fələstin xalqına dəstəyini davam etdirəcəyini bir daha vurğulayıb.
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, Quterreş \"X” sosial media platformasındakı paylaşımında 29 Noyabr Fələstin Xalqı ilə Beynəlxalq Həmrəylik Gününü qeyd edib.
Fələstin xalqının hüquqlarına dəstəyini təkrarlayan Quterreş, \"BMT Fələstin xalqı və onun sülh, təhlükəsizlik və ləyaqət içində yaşamaq üçün ayrılmaz hüquqları ilə həmrəy olmağa davam edəcək\" yazıb.