AZ

Makron Netanyahunu həbsdən qorudu - Sensasion detal

Fransa Prezidenti Emmanuel Makron Livanda atəşkəs razılaşmasında rolu müqabilində İsrailin Baş naziri Benyamin Netanyahuya qarşı Beynəlxalq Cinayət Məhkəməsinin həbs qərarına əməl etməməyə razılaşıb.

Axar.az xəbər verir ki, bu barədə Fransanın “Le Point” jurnalı Fransa liderinə yaxın mənbəyə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, order verildikdən az sonra Makron Netanyahuya zəng edərək, Parisin BCM-nin qərarına hörmət etməyə və onunla tam əməkdaşlıq etməyə borclu olduğunu bildirib:

“Eyni zamanda, Makron əlavə edib ki, BCM-nin müddəaları məhkəmənin həbsinə dair orderlərdən toxunulmazlıq nəzərdə tutur. Bununla bağlı tərəflər Livandakı atəşkəs ətrafında vəziyyəti müzakirə ediblər. Onlar razılaşıblar ki, Paris BMT Təhlükəsizlik Şurasının İsrail və Livan sərhədindəki vəziyyəti tənzimləyən 1701 saylı qətnaməsinin icrasına nəzarət edən komitədə mühüm rol oynayacaq. Məhz bu telefon danışığı zamanı Fransa ilə İsrail arasında yaranan son fikir ayrılıqları aradan qaldırılıb. Netanyahuya toxunulmazlığın verilməsi Fransa üçün Livan razılaşmasında rol oynamağın qiyməti idi”.

Seçilən
8
1
axar.az

2Mənbələr