AZ

Angelos Postekoqlu “Roma” ilə heç-heçəni şərh etdi

“Tottenhem”in baş məşqçisi Angelos Postekoqlu Avropa Liqasının Liqa mərhələsinin 5-ci turunda “Roma” ilə ev heç-heçəsini şərh edib.

Arena.az xatırladır ki, “mahmızlar” iki dəfə hesabda önə çıxmalarına rəğmən, “canavarlar” 90+1-ci dəqiqədə vurduqları qolla, çətin səfərdən 2:2 hesablı heç-heçə ilə qayıda biliblər.

“Xüsusilə belə gec qol buraxanda bu, əsəb keçirməyə səbəb olur. Amma yaxşı oyun oldu. Oyunun nəticəsini əvvəlcədən müəyyənləşdirməli idik, işi başa çatdıra bilməməyimiz isə acıdır.

Bizə daha çox soyuqqanlılıq göstərmək gərək idi. Rəqiblərin topu qapı xəttindən çıxardığı bir neçə məqamımız oldu. Sanki onları özümüz oyunda saxladıq. “Roma” yaxşı komandadır. Onların Avropa Liqasında çıxış etmələri əbəs deyil. Bu il onlara asan olmasa da, keçən il əla mövsüm keçiriblər. Onların keyfiyyətli oyunçuları var, amma bizim bu oyunda qalib gəlmək imkanımız vardı”, – BBC yunanəsilli avstraliyalı mütəxəssisdən sitat gətirir.

5 turdan sonra “Tottenhem” Avropa Liqasının Liqa mərhələsinin yarış cədvəlində 10 xalla 9-cu pillədə qərarlaşıb. “Roma” isə 6 xalla 21-ci pillədədir.

Seçilən
7
arena.az

1Mənbələr